Erməni hərbçi özünü doğradı
Təcili yardım həkimi Orbeli küçəsindəki binaların birindən son dərəcə ağır vəziyyətdə olan vətəndaşı xəstəxanaya çatdırıb. İdarə rəisi Ruben Nersisyanın rəhbərlik etdiyi Ərəbkir Polisinin əməliyyat qrupu xəstəxanaya yola düşüb. Polis xəstəxanaya çatdırılan şəxsin İrəvan sakini, 21 yaşlı Levon S. olduğunu və reanimasiyada özünə gəlmədən dünyasını dəyişdiyini müəyyən edib. O da məlum olub ki, həmin gün saat 22:00 radələrində Levon S. yataq otağında güzgünü sındıraraq boyun nahiyəsinə xəsarət yetirib", - nəşr yazıb. Bildirilir ki, ölən gənc hərbçidir
Şahanə Rəhimli
AzVision.az