Mask təsdiq etdi: "Linda baş direktor olacaq" |
Bir müddət öncə isə Linda Yakkarinonun sözügedən vəzifəyə 22 iyunda başlayacağı bildirilsə də, görünür işə başlamaqla bağlı proseslər tezləşdirilib.
Görünür epatajlı milyarderin “Twitter” ilə bağlı ümidləri “Starship” kimi kosmosa çatmadan partlayıb.
Xatırladaq ki, Mask dekabr ayında "Twitter"in baş direktoru vəzifəsindən gedib-getməməklə bağlı sorğu başlatmışdı. O, sorğunun nəticəsini qəbul edəcəyini söyləmişdi. 17 milyon 500 mindən çox insanın səs verdiyi sorğuya əsasən iştirakçıların 57,5 faizi milyarderin bu işdən ayrılmasına, 42,5 faizi isə onun Tvitterdə işini davam etdirilməsinə üstünlük vermişdi.
Aygün Xankişiyeva
AzVision.az