Roma Papası bu gün əməliyyat olunacaq

   Roma Papası bu gün əməliyyat olunacaq
  07 İyun 2023    Oxunub:997
Roma Papası Fransisk iyunun 7-də "Cemelli" klinikasında əməliyyat olunacaq.
Bu barədə "Vatican News" xəbər verib. Qeyd olunub ki, pontifik ümumi anesteziya altında laparotomiya (qarın boşluğunda kəsik. - Qeyd) və qarın divarını protezlə plastik əməliyyat etdirəcək. Sözügedən tibbi prosedur resividiv, ağrılı və pisləşən sindromlara səbəb olan yırtığa görə zəruri olub.

Xəstə bir neçə gün klinikada həkimlərin nəzarəti altında qalacaq ki, sağalması rahat keçsin. Müqəddəs Taxt-tacın rəhbəri artıq klinikadadır. İyunun 6-da 86 yaşlı pontifik "Cemelli" xəstəxanasında qısamüddətli tibbi müayinədən keçib və günorta saatlarında Vatikana qayıdıb.

AzVision.az


Teqlər: Papa   Əməliyyat  





Xəbər lenti