"Apple" ABŞ ordusu ilə işləyən texnologiya şirkətini aldı

"Mira"nın qabaqcıl məhsullarından biri "Prism Pro" əlavə reallıq qulaqcığıdır. Şirkətin bu avadanlığın tədarükü üçün ABŞ Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri ilə müqavilələri var. Sonuncu "Mira"ya təxminən 702 min dollar ödəyib. Nəşr hesab edir ki, "Apple" birləşmədən sonra "Mira"nın ordu ilə əməkdaşlığını dayandıracaq.
"Mira"nın digər əsas müştərisi Nintendodur. O, Yaponiya və Los Ancelesdəki əyləncə parklarında Mario Kart attraksionu üçün startapdan qulaqlıqlar alır.
AzVision.az
Teqlər: