ABŞ Rusiya və Çinin peyklərini izləyəcək

   ABŞ Rusiya və Çinin peyklərini izləyəcək
  07 İyun 2023    Oxunub:772
ABŞ Rusiya və Çin peyklərini izləmək üçün kosmosa Silent Barker peyklərini buraxmağı planlaşdırır.
Bu barədə Bloomberg məlumat yayıb. Söhbət ABŞ-ın orbital bürcləri üçün təhlükə yarada biləcəyi cihazlardan gedir.

"Bu, ABŞ-a dəyərli sistemlərə qarşı təhlükələri görməyə və xəbərdar etməyə imkan verəcək. Eyni zamanda təhlükələr vaxtında aşkar edilləcək. ABŞ peyki kosmosda obyektləri axtarmaq, aşkar etmək və izləmək imkanlarına malikdir"-, məlumatda vurğulanıb.

Bundan əvvəl SpaceX-in mətbuat xidməti Falcon 9 daşıyıcı aparatının göyərtəsində 22 Starlink mini peyki ilə kosmosa uğurla buraxıldığını bildirmişdi.

AzVision.az


Teqlər:





Xəbər lenti