Türkiyədə yeni nazirlər and içdilər - VİDEO

   Türkiyədə yeni nazirlər and içdilər -    VİDEO
  07 İyun 2023    Oxunub:929
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təyin etdiyi vitse-prezident və nazirlər and içib.
Andiçmə mərasimi Böyük Millət Məclisində baş tutub. Andiçmələrdən sonra Məclisin sədri seçiləcək.

Xatırladaq ki, Türkiyədə Yılmaz Tunç ədliyyə, Mahinur Özdemir Göktaş ailə və sosial xidmətlər, Vedat İşıkhan əmək və sosial müdafiə, Mehmet Özhaseki şəhərləşmə və iqlim dəyişikliyi, Hakan Fidan xarici işlər, Alparslan Bayraktar energetika və təbii sərvətlər, Osman Aşkın Bak gənclik və idman, Mehmet Şimşək xəzinə və maliyyə, Ali Yerlikaya daxili işlər, Mehmet Nuri Ersoy mədəniyyət və turizm, Yusuf Tekin milli təhsil, Yaşar Güler milli müdafiə, Fəxrəddin Qoca səhiyyə, Mehmet Fatih Kacır sənaye və texnologiya, İbrahim Yumaklı kənd təsərrüfatı və meşə, Ömər Bolat ticarət, Abdulkadir Uraloğlu nəqliyyat və infrastruktur naziri vəzifələrinə təyin olunublar.


Şahanə Rəhimli
AzVision.az


Teqlər: Nazir  





Xəbər lenti