İranla bağlı ABŞ-dən yeni sanksiyalar
Bununla bağlı ABŞ Maliyyə nazirliyinin saytında yerləşdirilən məlumatda 10 nəfərin adı yer alıb.
“Sanksiyaya məruz qalanlar arasında İranın Pekindəki hərbi attaşesi Davud Damğaninin adı xüsusi vurğulanır. O, Çindən İran üçün hərbi satınalmaların koordinasiyasında ittiham olunur. Damgani ilə birlikdə yeni sanksiyalar üç Meksika və altı Çin vətəndaşına da şamil edilib. Meksikanın bir, Çin və Honq-Konqun beş, İranın “Aramesh Marine” gəmiçilik xidməti şirkəti də sanksiyalar siyahısına salınıb. Bu şəbəkə İranın ballistik raketlərinin hazırlanmasında əsas oyunçular, o cümlədən əvvəllər sanksiyaya məruz qalmış İran Silahlı qüvvələrinin Müdafiə və Logistika nazirliyi üçün kritik hissələrin və texnologiyanın alınması sahəsində əməkdaşlıq edib” - bəyanatda açıqlanır.
ABŞ-nin Maliyyə nazirliyinin terrorizm və maliyyə kəşfiyyatı üzrə müavini Brayan Nelson eyni kontekstdə Vaşinqtonun ballistik raket istehsalı sənayesi və digər hərbi proqramları qeyri-qanuni və gizli avadanlıqlarla təchiz edən transmilli şəbəkələri hədəf almaqda israrlı olduğunu söyləyib.
AzVision.az
Teqlər: ABŞ sanksiyalar