Numan Kurtulmuş Türkiyə Böyük Millət Məclisinin sədri seçildi

   Numan Kurtulmuş Türkiyə Böyük Millət Məclisinin sədri seçildi
  07 İyun 2023    Oxunub:891
AK Parti və MHP-nin namizədi olan Numan Kurtulmuş Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri seçilib.
AzVision.az xəbər verir ki, bu barədə “TRTHaber” məlumat yayıb.

Bildirilib ki, səsvermənin 1-ci turunda millət vəkillərinin 317-si onun lehinə səs verib. Bu, yetərsay olmadığı üçün sədr seçimi 2-ci tura qalıb.

2-ci turda da yetərli say olmayıb. N.Kurtulmuş bu mərhələrə 321 səs ala bilib.

Üçüncü səsvermədə isə N.Kurtulmuş eyni səslə TBMM sədri seçilib.

AzVision.az


Teqlər: Türkiyə  





Xəbər lenti