Kurtulmuş TBMM sədrliyini Baxçalıdan təhvil aldı - FOTOLAR

   Kurtulmuş TBMM sədrliyini Baxçalıdan təhvil aldı -    FOTOLAR
  07 İyun 2023    Oxunub:1343
Türkiyə Böyük Millət Məclisinin yeni sədri Numan Kurtulmuş yeni postunu rəsmi olaraq bu vəzifəni müvəqqəti icra edən məclis sədri Dövlət Baxçalıdan təhvil alıb.
AzVision.az Türkiyə mediasına istinadən xəbər verir ki, Baxçalı Numan Kurtulmuşa yeni vəzifəsində uğurlar arzulayıb.

Qeyd edək ki, məclis sədrliyi uğrunda ümumilikdə 7 namizəd mübarizə aparıb.

Onlar AK Partiya və MHP-nin ortaq namizədi Numan Kurtulmuş, CHP-nin namizədi Tekin Bingöl, İyi Partiyasının namizədi Cihan Paçacı, Yaşıl Sol Partiyasının namizədi Tülay Hatimoğulları Oruç, Gələcək və Səadət Partiyasının namizədi Serap Yazıcı, Deva Partiyasının namizədi Mustafa Yeneroğlu və İşçi Partiyasının namizədi Türkiyə Can Atalay olub.

İlk iki turda namizədlərdən heç biri tələb olunan 400 səsi toplaya bilməyib. İkinci turun sonunda Serap Yazıcı və Mustafa Yeneroğlu namizədlikdən imtina ediblər. Üçüncü turda 301 səsin mütləq çoxluğu istənilib. Numan Kurtulmuş 321 səslə Məclis sədri seçilib.


AzVision.az


Teqlər: NumanKurtulmuş  





Xəbər lenti