Fransa “bacısını” silahlandırır: Hiyləgər planda İran yenə baş rolda

Razılaşmanın icrasını gizlətmək üçün 155 mm/52 kalibrli silahların birbaşa uçuşlarla deyil, əvvəlcə İran ərazisinə çatdırılması, daha sonra isə quru yolu ilə Ermənistana çatdırılması planlaşdırılır. Görünən odur ki, Fransa Ermənistanı silahlandırmağa davam etmək qərarına gəlib. Eyni zamanda Ermənistan-Azərbaycan danışıqlarında Moldovada beştərəfli qeyri-rəsmi formatda da olsa, hansısa “vasitəçi” rolunu oynamağa çalışır.
Deyəsən bundan sonra belə dialoqlar daha olmayacaq, çünki Kişineudakı uğursuzluqdan sonra Fransa İrəvanın hərbi gücünün artırılmasını üstün tutub və bu, Bakıda olduğu kimi anlaşılıb və qiymətləndirilib. Fransa öz hərəkətləri ilə regionu yeni hərbi eskalasiyaya sövq edir, çünki 2020-ci ildə döyülən “bacısını” silahlandıran Fransa Azərbaycanın əl-qolunu sallayıb gözləməyəcəyini çox yaxşı bilir.
AzVision.az
Teqlər: