Roma Papası əməliyyatına görə qəbullarını dayandırdı

   Roma Papası əməliyyatına görə qəbullarını dayandırdı
  08 İyun 2023    Oxunub:951
Roma Papası I Fransiskin bütün qəbulları səhhəti ilə əlaqədar ləğv edilib.
AzVision.az xəbər verir ki, bu barədə "Rai News 24" məlumat yayıb.

Müqəddəs Taxt-Tacın sözçüsü Matteo Bruni bildirib ki, pontifik əməliyyat olunacaq. Əməliyyat 2-3 saat davam edəcək. Katolik kilsəsinin 86 yaşlı rəhbəri təkrarlanan ağrılı subokklyuziv sindromlara səbəb olan bel yırtığı səbəbindən əməliyyat olunacaq.

Qeyd edək ki, iyunun 6-daPapa Fransisk müayinə üçün "Gemelli" Klinikasına gəlib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti