İranlı jurnalist:"Qanunlar problemi həll etmir”
“Qanunlar problemi həll etmir. Çünki qanun ictimaiyyətin əksəriyyəti tərəfindən qəbul edilməlidir və məcburi hicab İranda insanların əksəriyyətinin istədiyi kimi deyil. Məsələn, hicaba münasibətdə onların yazdıqları eyni qanun bəzi yerlərdə bəzi insanları hicaba riayət etməyə məcbur edə bilər, lakin bir çoxları başqa cür hərəkət edir və bəzi yerlərdə hicaba riayət etməyə də bilər”, - Abbas Əbdi vurğulayıb.
Buna görə də, siyasi fəal əsasən qanunun heç bir məna kəsb etmədiyini və məcburi hicab sahəsində görülən bütün işlərin qanunsuz olduğunu bildirib. Bələdçi patrullar və insanlara bələdçilik anlayışları isə, ümumiyyətlə, qanunda yoxdur.
Maraqlıdır ki, “iffət və hicab” qanununun tətbiqi ilə bağlı artıq hökumət üzvləri arasında da ikitirəlik yaranıb. Mədəni irs və turizm naziri İzzətullah Zərğaminin tarixi yerlərdə məcburi hicabla bağlı ifrata varmağın düzgün olmadığını söyləməsi bunun əyani sübutudur.
AzVision.az