Zelenski Xersona gedib - VİDEO

   Zelenski Xersona gedib -    VİDEO
  08 İyun 2023    Oxunub:1106
Ukrayna prezidenti Vladimir Zelenski daşqından zərər çəkmiş Xerson vilayətinə gedib. O, səfəri zamanı itkilərin hesablanmasının və insanlara kompensasiya verilməsi üçün vəsaitin ayrılmasının vacibliyini qeyd edib.
Zelenski bildirib ki, görüşdə bir çox mühüm məsələlər, o cümlədən təbii fəlakət nəticəsində regionda yaranmış operativ vəziyyət, əhalinin potensial daşqın zonalarından təxliyəsi, bəndin yaratdığı fövqəladə vəziyyətin aradan qaldırılması kimi məsələlər müzakirə edilib.

"İtkilərin hesablanması və təbii fəlakətdən zərər çəkmiş sakinlərə kompensasiya verilməsi vacibdir", - dövlət başçısı vurğulayıb.



Qeyd edək ki, Ukraynanın cənubunda, Xerson vilayətinin Rusiya Silahlı Qüvvələrinin nəzarət etdiyi hissəsində yerləşən "Nova Kaxovka" su anbarı vurulub. Dnepr çayı üzərindəki bənd bölgədə böyük daşqınlara səbəb olub. Tərəflər isə bəndin vurulmasına görə bir-birini günahlandırırlar.

Ukrayna ordusu Rusiya qüvvələrinin bəndi partlatdığını iddia edib. "Kaxovka bəndi Rusiya işğalçı qüvvələri tərəfindən partladılıb", - deyə Ukrayna Silahlı Qüvvələrinin Cənub Komandanlığının məlumatında bildirib.

Rusiya xəbər agentlikləri isə Rusiya qüvvələrinin nəzarətində olan bəndin bombardman nəticəsində dağıdıldığını, bir rus rəsmisi isə "terror hücumu olduğunu" vurğulayıb.

Hündürlüyü 30 metr, uzunluğu 3,2 km olan bənd 1956-cı ildə "Kaxovka" su elektrik stansiyasının tərkibində Dnepr çayı üzərində tikilib. Su anbarı həmçinin Rusiyanın 2014-cü ildə ilhaq etdiyi Krım yarımadasını və Rusiyanın nəzarətində olan Zaporojjya AES-ni də su ilə təmin edir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Xerson  





Xəbər lenti