Ter-Petrosyan malikanəsində səfirlə görüşdü

   Ter-Petrosyan malikanəsində səfirlə görüşdü
  08 İyun 2023    Oxunub:936
Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan Rusiyanın bu ölkədəki səfiri Sergey Kopırkinlə görüşüb. Bu barədə Ermənistanın eks-prezidentinin mətbuat katibi Arman Musinyan sosial şəbəkədə məlumat verib.
"İyunun 8-də Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın təşəbbüsü ilə onun malikanəsində Rusiya səfiri Sergey Kopırkinlə görüş keçirilib", - məlumatda deyilir.

Qeyd olunur ki, söhbət zamanı tərəflər Ermənistan ictimaiyyətini maraqlandıran demək olar ki, bütün məsələləri müzakirə ediblər.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti