İrəvanla Bakı arasında danışıqlar dəstəklənməlidir - Manilov
“Azərbaycan və Ermənistan arasında danışıqlar prosesi dəstəklənməlidir. Ümid edirəm ki, Ermənistanda keçiriləcək növbəti görüşdə Azərbaycandan da nümayəndə heyəti iştirak edəcək", - o vurğulayıb.
Manilov bildirib ki, MDB ölkələrinin Sərhəd Qoşunları Komandanları Şurasının Bakıda keçirilən iclasının yekunları üzrə MDB Sərhəd Xidmətləri Şurasının gələcək fəaliyyətini və işini tənzimləyən 19 sənəd imzalanıb. Əsasən, sənəd Birlik ölkələrinin xarici sərhədlərindəki vəziyyəti əks etdirir.
Qeyd edək ki, bu gün Bakıda MDB Sərhəd Qoşunları Komandanları Şurasının 86-cı iclası keçirilir. İclasda Azərbaycan,Ermənistan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkmənistan sərhəd xidmətlərinin nümayəndələri də iştirak edir.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: