İranlı rejissor: “son hadisələr sənət adamlarının ruhunu incidib”
“Teatr duyğuları İran xalqından ayrı deyil, lakin biz Korona dövründə və son dövrlərdəki ürəkağrıdan hadisələrdən incimişik. Tanıdığım sənətçilərin çoxu bu dövrdə dünyasını dəyişib. İran teatrı sahibsiz, teatrın vəziyyəti isə fəlakətdir. Hökumət teatra dəstək vermir”, - Sadiqi deyib.
Qütbəddin Sadiqi keçən ilin dekabrında İranda ümummilli etirazların qızğın çağında Mədəniyyət naziri və digər hökumət rəsmilərini tənqid atəşinə tutaraq, cəmiyyətdə azlığın çoxluğu inkar etməklə yanaşı, öz canlarına qənim kəsildiyini, barışıq üçün heç bir addım atmadığını və problemi zorakılıqla həll edə biləcəklərini düşündüyünü vurğulamışdı.
Ötən ilin sosial atmosferini son dərəcə qeyri-sabit, təlatümlü, təzyiq və boğulma ilə müşayiət olunan böhran adlandıran rejissor, zorakılığın kimisə tamaşa göstərmək və ya teatra baxmaq kimi intellektual fəaliyyət haqqında düşünməsinə vadar etmədiyini söyləyib.
Eyni zamanda, İranın Mədəniyyət nazirinin hazırkı şəraitdə bədii fəaliyyətləri normallaşdırmağa çalışmağın ölkənin təhlükəsizlik qurumlarının tələbi olduğu barədə açqılamasına kəskin reaksiya verən Sadiqi fərman və əmrlər verməklə cəmiyyətdəki şəraiti “normal” kimi göstərməyin mümkün olmadığını deyib.
Son hadisələr zamanı teokratik rejimin etirazçılara qarşı repressiya və zorakılıq siyasətinə qarşı çıxan teatr sənətçiləri və mədəniyyət sahəsinin digər təmsilçiləri özləri də ciddi təzyiqlərə məruz qalıblar. Onlar məhkəmələrə çağırılır, işləmək və ölkədən çıxmaqla bağlı qadağlarla qzləşir və hətta həbs də edilirlər.
Etirazlar zamanı həbs edilən teatr aktyoru Hüseyn Məhəmmədi hökumət tərəfdarı Ruhullah Əcəmiyanın öldürülməsində iştiraka görə edam cəzasına məhkum olunmuşdu. Bu hökm həm ölkə daxilində, həm də beynəlxalq aləmdə böyük əks-səda doğurduğundan, bu ilin aprelində məhkəmənin 26 yaşlı aktyorun ölüm hökmünü 10 il həbs cəzasına dəyişdirdiyi barədə İran mediasında xəbər yayıldı.
AzVision.az
Teqlər: İran sənətçilər