Misir çimərliyində köpək balığı turisti yeyib

   Misir çimərliyində köpək balığı turisti yeyib
  08 İyun 2023    Oxunub:1004
Misir çimərliyinin yaxınlığında köpək balığı rusiyalı turistə hücum edib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, faciə Hurqada şəhərindəki "Dream Beach" otelinin çimərliyində baş verib. Mərhumun sevgilisinin yırtıcıdan üzərək uzaqlaşdığı ehtimal edilir.

"SHOT Telegram" kanalının məlumatına görə, istirahət edənlər sahildən 30 metr aralıda bir köpək balığının insanı yediyini görüblər. Hadisədən sonra turistlərə çimmək qadağan edilib. Yaxınlıqdakı çimərliklərdə də məhdudiyyətlər tətbiq edilib.

Jurnalistlər bildiriblər ki, xilasedicilər və istirahət edənlər bir neçə gün əvvəl suda üzgəci görüblər, lakin onun delfin olduğuna qərar verilib.

AzVision.az





Teqlər:





Xəbər lenti