Ukrayna Avropa Komissiyasına nota verib

   Ukrayna Avropa Komissiyasına nota verib
  08 İyun 2023    Oxunub:882
Ukrayna Rusiya ilə nüvə sənayesində əməkdaşlığın mümkün intensivləşməsi ilə əlaqədar Avropa Komissiyasına nota verib.
AzVision.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə bu ölkənin Baş naziri Denis Şmıqal bildirib.

O qeyd edib ki, Ukrayna Macarıstanda nüvə reaktorlarının tikintisi layihəsinin “Rosatom” tərəfindən həyata keçirilməsi ilə bağlı ilkin qərara yenidən baxılacağını gözləyir.

Baş nazir əmindir ki, Rusiyaya qarşı sanksiyalar, xüsusən də nüvə enerjisi kimi sahələrdə daha da gücləndirilməlidir.

AzVision.az


Teqlər:





Xəbər lenti