BMT: "Nyu Yorkdakı tüstü iqlim böhranının simvoludur"

BMT-nin baş katibi Antonio Quterreşin davamlı olaraq qalıq yanacaqlardan istifadənin azaldılmasının vacibliyini vurğuladığını xatırladan Düjarrik ümid edir ki, dünyanın paytaxtı hesab edilən Nyu-Yorkda belə bir hadisənin yaşanması insanları sirkələyəcək.
Dujarrik əlavə edib ki, son 20 ildə ilk dəfə havanın keyfiyyəti bu qədər pis olduğu üçün BMT bayraqları endirilib.
Quterreş isə sosial media hesabından paylaşdığı foto mesajında "Kanadada baş verən yanğınlar səbəbiylə pis havanın təsirini Nyu Yorkdakı mərkəzimizdə hiss edirik. Qlobal istiləşmə artdıqca meşə yanğınlarının azaldılması həyati əhəmiyyət kəsb edir.Təbiətlə barışmalıyıq, imtina edə bilmərik", deyə qeyd edib.
AzVision.az
Teqlər: