İsfahanın tarixi məscidləri çatlayır

  İsfahanın  tarixi məscidləri çatlayır
  09 İyun 2023    Oxunub:932
Tarixi yerləri və abidələri ziyarət zamanı “iffət və hicab” qanununa məcburi şəkildə əməl olunmasında ifrata varan İranın teokratik rejimi tarixi abidələrin çökməsinin qarşısını almaq barədə heç düşünmür də. Əks halda İsfahanın tarixi məscidlərinin acınacaqlı halı ilə maraqlanardı.
AzVision.az İranın “HəmMihən” qəzetinə istinadən bildirir ki, İsfahanda torpaq çökmələrinin davam etməsi nəticəsində şəhərin bütün əraziləri bu problemin təsirinə məruz qalıb və çökmələr artıq İsfahanın tarixi abidələrinin yaxınlığına çatır.

“Quraqlıq və yeraltı su səviyyəsinin azalması səbəbindən çökmə hadisəsi daha sürətlə irəliləyir və İsfahanın mərkəzinə çatıb. Həkim və Atiq məscidi, Şahşahan türbəsi, İmam qapısı, vəzir hamamı, Əli Qoli Ağa məscidi və həmamı, Seyid məscidi kimi tikililər çökməyə məruz qalıb. Adının gizli qalmasını istyən bir arxeoloq, bu tikililərdə “uzununa çatların” görünməsinin çökmə əlaməti hesab edildiyini bildirərək, eyni izlərin Nəqşicəhan meydanına girişlərində və Abbasi Cami məscidinin günbəzində, divarlarında da mövcud olduğunu söyləyib” - məlumatda deyilir.

İsfahan vilayətinin Mədəni İrs üzrə baş direktoru Əlirza İyzədi isə “Mehr” xəbər agentliyinə müsahibəsində Seyid məscidi və Cami məscidi kimi bəzi tarixi abidələrin gövdəsindəki çatların çökmə ilə heç bir əlaqəsi olmadığını bildirib. O, iddia edib ki, gil və kərpic teksturasına görə çatlar təbii bir haldır. Bununla belə, şəhərin şimal ərazilərində çökmələrin əmələ gəldiyini etiraf edən məmur, onların İsfahannın tarixi abidələrinə çatmayacağına zəmanət olmadığını deyib.
AzVision.az


Teqlər: İsfahan   məscidlər  





Xəbər lenti