Blinken və Netanyahu Yaxın Şərqi müzakirə ediblər...telefonla
“Blinken Netanyahu ilə bölgənin daha geniş çağırışları, o cümlədən İrandan gələn təhdidlər haqqında müzakirə edib və ABŞ-nin İsrailin təhlükəsizliyinə və iki ölkə arasında 75 illik əməkdaşlığa sarsılmaz sadiqliyini vurğulayıb. Entoni Blinken Aqaba və Şarm əl-Şeyx şəhərlərində keçirilən regional toplantılarda İsrailin öhdəliklərinə sadiq qalmağın vacibliyini və Fələstinlə “iki dövlət” həllinin irəliləyiş imkanlarını zəiflədən hərəkətlərin qarşısının alınmasını zəruri hesab etdiyini bildirib” – Metyu Miller deyib.
Bu telefon danışığından bir neçə saat əvvəl Blinken Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Feysəl bin Fərhanla Ər-Riyadda birgə mətbuat konfransında iştirak edib.
“Səudiyyə Ərəbistanının mülki nüvə proqramını inkişaf etdirdiyi sirr deyil. Nüvə proqramımız üçün təklif verməyə hazır olan başqaları da var. Açıq-aydın biz bu proqramı dünyanın ən yaxşı texnologiyası ilə qurmaq istəyirik və bu, müəyyən razılığın əldə olunmasını tələb edir. Bizim ABŞ ilə fikir ayrılıqlarımız var və buna görə də biz mülki nüvə texnologiyası üzrə əməkdaşlıq edə biləcəyimiz mexanizmi tapmaq üzərində işləyirik. Amma bilirsiniz ki, bizim niyyətimiz bu proqramla irəliləməkdir” – həmin mətbuat kofransında Səudiyyə krallığının Xarici İşlər naziri deyib.
Amerikalı məmurun sözlərinə görə, söhbət əsnasında Səudiyyə Ərəbistanı ilə İsrail arasındakı münasibətlərdən tutmuş Yəməndəki vətəndaş müharibəsi, Sudan münaqişəsi və insan haqları məsələsinə qədər müxtəlif mövzular müzakirə olunub.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


