İran-Venesuela: ikitərəfli əlaqələr genişləndirilir
Ötən il İranla Venesuela aarsında “20 illik əməkdaşlıq sənədi” imzalanıb.
İran Ticarət palatasının açqıladığı statistik göstəricilərə əsasən, ötən il İranın Venesuelaya ümumilikdə təxminən 118 milyon 101 min dollar dəyərində 49 min tondan artıq mal ixrac edib. Bu ixracatın da 65 milyon dolları 2007-ci il müqaviləsinə əsasən Buşəhr limanında “Aframax” neft tankerinin tikintisi və çatdırılması ilə bağlı olub.
Ötən il “Reuters” agentliyi Sadranın (İran Dəniz şənaye şirkəti) Buşəhr limanında inşa etdiyi 60 milyon avro dəyərində qiymətləndirilən “Yurako” adlı ikinci neft tankerinin Venesuelaya təhvil verildiyini açıqlamışdı. Venesuelanın isə keçən il İrana ümumi ixracı cəmi 816 min dollar həcmində olub. Bu isə İranın qeyri-neft xarici ticarətində 0,1% deməkdir.
Qeyd edək ki, Venesueladan sonar İbrahim Rəisi Kubaya və Nikaraquaya gedəcək.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


