İran “Mossad”dan qisas aldı – Məxfi dosye + Fotolar

   İran “Mossad”dan qisas aldı –    Məxfi dosye + Fotolar
  25 İyun 2023    Oxunub:5846
May ayının sonunda İtaliyadakı Majore (Maggiore) gölündə yaxtanın batması nəticəsində 23 nəfərdən 19-u həlak oldu. Onların arasında olan üç kəşfiyyatçının - iki italyan və bir yəhudinin adlarının bu yaxınlarda İtaliya mətbuatında dərc edilməsi hər iki kəşfiyyat xidmətini xeyli narahat edib. Məlum olub ki, qayığın sərnişinləri birgə əməliyyatın uğurunu qeyd edirlərmiş. Söhbət hansı əməliyyatdan gedir?
Qayığın batması bəzi gizli detalları, o cümlədən, ölən “Mossad” zabitinin xarici kəşfiyyat xidmətləri ilə əlaqəyə rəhbərlik etdiyini ortaya çıxarıb. Hadisədən bir neçə həftə sonra məlum olub ki, 20-yə yaxın İsrail və İtaliya kəşfiyyatçısından ibarət qrup “düşmən ünsürlərin” qeyri-ənənəvi və kütləvi qırğın silahları əldə etməsinin qarşısını almaq məqsədilə əməliyyat hazırlayıblar. Söhbət, əlbəttə, İrandan gedir.

“Mossad” və İtaliya kəşfiyyatı terrora qarşı mübarizə və İranın nüvə layihəsi haqqında məlumat toplamaq kimi ümumi maraq doğuran məsələlərdə əməkdaşlıq edirlər. İsrail həmçinin pilotsuz uçuş aparatlarının istehsalında istifadə edilən mülki komponentlərlə məşğul olan İtaliya və İran şirkətlərinin monitorinqində maraqlıdır.


İsraillilər qayığın qəza nəticəsində çevrilməsi ilə razılaşırlar, lakin İtaliya təhlükəsizlik xidmətinin hadisə yerini təmizləmək və bütün izləri ört-basdır etmək üçün təcili tədbirləri, o cümlədən bütün İsrail əməliyyatçılarını ölkədən sürətlə təxliyə etməsi və onların bütün işlərinin izlərini silməyə çalışması bəzi nəticələr çıxarmağa sövq edir. İtaliya prokurorluğu ölən kəşfiyyatçıların işi üzrə istintaq başladıb.

Bu yazılar da maraqlıdır:
“Qara su”da boğulanlar: Özəl hərbi şirkətlər dünyada nələr edir – ARAŞDIRMA
“İranın lideri qatillərin təhlükəsizliyinə təminat istəyir” - Mübariz Əhmədoğlu
Sünni, yoxsa süni lider: Mövləvi Əbdülhəmid siyasi müxalifətə çevriləcəkmi?

Bəzi mənbələr əmindirlər ki, qayıqda baş verən faciə qəza deyil, təxribat olub. Sağ qalanların heç birinin şəxsiyyətini təsdiq edən sənədləri olmayıb. İtalyanlar müstəntiqlərə Nazirlər Şurasında işlədiklərini, israillilər isə hökumət nümayəndə heyətinin tərkibində olduqlarını bildiriblər. Onların hamısı faciədən əvvəl dəbdə olan “İl Verbano” restoranında nahar edib, sonra isə göldə kruizə çıxıblar. Adi turistlərə bənzəmək üçün gündəlik geyim, idman ayaqqabısı, cins şalvar və köynək geyiniblər.
Buna qədər bir neçə gün davam edən uzun və mürəkkəb birgə əməliyyat keçirilib. İsrailin təhlükəsizlik nümayəndələri əməliyyatın “bəlkə də uğurla başa çatdığını” deyirlər, lakin bu, sirr olaraq qalmalı idi.

Bu yazılar da maraqlıdır:
Alman səmasını yəhudi silahı qoruyacaq
Özbəkistan: Növbədənkənar seçki nə vəd edir – TƏHLİL
Bap-balaca boyu var... | "Nano SPEAR" PUA-sı Azərbaycan üçün maraq doğura bilər

Faciənin baş verdiyi gölünün ətrafında son vaxtlar zəngin ruslar mülk almağa və otellər tikməyə başlayıblar. Bundan əlavə, həmin ərazi varlı pravoslav yəhudilərin məskənidir və orada tez-tez amerikalı qonaqlar, o cümlədən, siyasətçilər üçün ziyafətlər təşkil edir. Təfərrüatlar və sirlər üzə çıxanda məlum olub ki, İsrailin baş naziri Benyamin Natanyahu da haqqında danışılan yüksək səviyyəli restorana gizli şəkildə baş çəkib.

Restoranın yerləşdiyi ərazi bir çox israilli turistlər arasında məşhur olsa da, rus oliqarxlarının da sevimli məkanıdır. Türkiyə mənbələrinə görə, bu, “Mossad” və İtaliya kəşfiyyat rəsmilərinin beynəlxalq sanksiyalar altında fəaliyyət göstərən Rusiya vətəndaşlarını izlədiyini göstərə bilər. Lakin İsrail mediası yazır ki, Rusiya vətəndaşları “Mossad” marağına yalnız “İran dosyesi”ndə iştirak etdikləri halda səbəb ola bilərlər. Həmin vətəndaşların ideoloji baxışlarını nəzərə alsaq, bu, çox çətin görünür.


Daha əhəmiyyətlisi odur ki, göl və ətrafı hərbi və aerokosmik sənayenin cəmləşdiyi Lombardiya regionunun sənaye rayonlarına yaxındır. İsrailin bu obyektlər ətrafında Romaya məlumat verməklə, İranın nüvə proqramı ilə bağlı casusluq fəaliyyəti apardığı istisna edilmir. Söhbət İranın raket və nüvə proqramları naminə bu zavodlardan ciddi komponentlərin sızdırılmasından, həmçinin PUA istehsalından gedir.

Sonda heç kimin həbs edilməməsi deməyə əsas verir ki, əməliyyat çox güman ki, öz agentlərini İran şəbəkəsinə yeritmək fəaliyyəti ilə bağlı olub.

Tariyel Həsənov
AzVision.az


Teqlər: İsrail   Kəşfiyyat   İran   Mossad   Nüvə  





Xəbər lenti