Almaniya Litvada əlavə hərbçi yerləşdirməyi planlaşdırır

Almaniya Litvada əlavə hərbçi yerləşdirməyi planlaşdırır
  26 İyun 2023    Oxunub:898
Almaniya Müdafiə Nazirliyinin rəhbəri Boris Pistorius bildirib ki, Berlin NATO-nun şərq cinahını gücləndirmək üçün uzunmüddətli perspektivdə Litvada əlavə 4000 hərbçi yerləşdirməyi planlaşdırır.
Boris Pistorius Vilnüsdə mətbuat konfransı zamanı bildirib ki, Almaniya uzunmüddətli perspektivdə Litvada güclü briqada yerləşdirməyə hazırdır: “Əlavə hərbçilərin yerləşdirilməsi üçün Bundesver əsgərlərinə infrastruktur yaratmaq lazımdır. Yerləşdirmə şərti həm də təlimlərin keçirilməsinin mümkünlüyü olacaq”.

Bundan əvvəl Kanadanın milli müdafiə naziri Anita Anand bildirmişdi ki, Ottava Latviyada əlavə qüvvələr yerləşdirmək niyyətindədir. Onun sözlərinə görə, əlavə qüvvələr 2023-cü ilin payızına qədər Baltikyanı ölkədə olacaq.


AzVision.az


Teqlər:





Xəbər lenti