ABŞ-da XİN başçıları arasında üçtərəfli görüş başlayıb

 ABŞ-da XİN başçıları arasında    üçtərəfli görüş başlayıb
  27 İyun 2023    Oxunub:1058
ABŞ-ın dövlət katibi Antoni Blinken, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında üçtərəfli görüş başlayıb.
AzVision.az xəbər verir ki, Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan arasında danışıqların növbəti raundu Virciniya ştatının Arlinqton şəhərində Corc Şults adına Xarici Əlaqələr üzrə Milli Tədris Mərkəzində keçirilir.

Qeyd edək ki, A.Blinken bu gün iki ölkənin xarici işlər nazirləri ilə ikitərəfli görüşlər keçirib.


AzVision.az



Teqlər: ABŞ  





Xəbər lenti