Küləkli və yağıntılı hava nə vaxtadək davam edəcək?

   Küləkli və yağıntılı hava nə vaxtadək davam edəcək?
  25 İyul 2023    Oxunub:1036
Ölkə ərazisində müşahidə olunan küləkli və yağıntılı hava şəraiti iyulun 26-sı gündüzədək davam edəcək.
Milli Hidrometeorologiya Xidmətindən AzVision.az -a verilən məlumata görə, əsasən dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

İyulun 26-sı gündüzdən yağıntıların tədricən kəsiləcəyi, 27-si əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir.

AzVision.az


Teqlər:



Xəbər lenti