Fərid Qayıbov İƏT Gənclər Forumunun prezidentini qəbul edib

Fərid Qayıbov İƏT Gənclər Forumunun prezidentini qəbul edib
  25 İyul 2023    Oxunub:877
Gənclər və idman naziri Fərid Qayıbov İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun prezidenti Taha Ayhanı qəbul edib.
Nazirlikdən AzVision.az -a verilən məlumata görə, qonağı salamlayan nazir onu növbəti dəfə Azərbaycanda görməkdən məmnun olduğunu bildirib.

Görüşdə təşkilatla ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğu qeyd edilib və gənclər siyasəti mövzusunda fikir mübadiləsi aparılıb.

Taha Ayhan səmimi qəbula görə minnətdarlıq edib.

AzVision.az


Teqlər:



Xəbər lenti