Politoloq: "Danışıqlarda nəticə yoxdursa, gərginlik davam edəcək"
O qeyd edib ki, xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-Ermənistan danışıqlar prosesinin dinamikasının kifayət qədər yüksək olduğunu deyib: Nazir nəticələr danışıqlar prosesinin dinamikasından bir qədər aşağıdır, lakin müsbət məqamlar var dedi.
“İrəvanla Bakı arasında danışıqlar fəal gedir, lakin hələ də bir çox həll olunmamış məsələlər qalır” deyən Ararat Mirzoyan bu cümləsi ilə azərbaycanlı həmkarıyla həmrəy olduğunu bildirib: “Gündəlikdəki bütün məsələlər üzrə görüşlərimiz, danışıqlarımız kifayət qədər intensivdir, bəzi məsələlərdə konkret nəticələr var, bəzi məsələlərdə tərəflərin qarşılıqlı razılığa gələ biləcəyi bəzi perspektivlər görünür. Ancaq əlbəttə ki, tərəflərin mövqelərinin hələ də bir-birindən uzaq olduğu problemli məsələlər qalır”.
Danışıqlarda nəticə yoxdursa, gərginlik davam edəcək.
AzVision.az
Teqlər: Politoloq







Vaxtında, Aydın, Lazımlı!


