Rəsmi Bakı: “Ermənilərin reinteqrasiyası tədbirlərinə müdaxilə cəhdlərinə son qoyulmalıdır”

   Rəsmi Bakı:    “Ermənilərin reinteqrasiyası tədbirlərinə müdaxilə cəhdlərinə son qoyulmalıdır”
  25 İyul 2023    Oxunub:1217
“Azərbaycanın öz suveren ərazilərində yaşayan ermənilərin reinteqrasiyası tədbirlərinə müdaxilə cəhdlərinə son qoyulmalıdır”.
Bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiyada keçirdiyi görüşlər zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün sözdə və əməldə Ermənistan tərəfindən qeyd-şərtsiz təsdiqlənməsi, eləcə də öhdəliklərə zidd olaraq hələ də tam olaraq Azərbaycan ərazisində mövcud olan erməni silahlı qüvvələrinin ərazilərimizdən çıxarılması bölgədə sülhün təmin edilməsi üçün ən zəruri şərtlərdir.

AzVision.az



Teqlər:



Xəbər lenti