Dənizdə batan şəxsin meyiti tapıldı

Dənizdə batan şəxsin meyiti tapıldı
  26 İyul 2023    Oxunub:1103
İki gün əvvəl dənizdə batan şəxsin meyiti tapılıb.
AzVision.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, 24.07.2023-cü il tarixində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 3 km aralı, nəzarətsiz ərazi) batan 1 nəfərin axtarışları başa çatıb.

Batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

AzVision.az


Teqlər:



Xəbər lenti