Vaşinqton İrana və daha üç ölkəyə qadağa tətbiq edəcək

Vaşinqton İrana və daha üç ölkəyə qadağa tətbiq edəcək
  27 İyul 2023    Oxunub:1134
ABŞ Senatı İran da daxil olmaqla dörd “düşmən” ölkə vətəndaşlarının Amerika torpaqlarında daşınmaz əmlak və kənd təsərrüfatı şirkətləri almasını qeyri-qanuni edən düzəlişi səsverməyə çıxarıb.
AzVision.az xəbər verir ki, Cənubi Dakota ştatından olan senator Maykl Raundzun hazırladığı və adı ilə tanınan bu düzəliş 2024-cü il üçün Milli Müdafiə Səlahiyyəti qanununun bir hissəsidir. Bu düzəliş İran əsilli amerikalılara, habelə daimi yaşayış yeri ABŞ olanlara (Green card sahibləri) şamil edilmir.

“Sağlam düşüncə tələbi qoyan bu plan vətənimizi daha təhlükəsiz edəcək. Mən fəxr edirəm ki, bu düzəliş bu il üçün Milli Səlahiyyətlər qanununa əlavə olunub və mən həmkarlarımın köməyi ilə onu tamamlamağa can atıram. Çin və Rusiya bizimlə təxminən eyni səviyyədə olan düşmənlərdir, Şimali Koreya və İran isə ABŞ-ın dostu deyil. Bizim bu dörd düşmənimiz Amerikanı özlərinə ən böyük rəqib sayır, imkanlarımıza və resurslarımıza nəzarət etmək imkanı qazanmaq istəyirlər”, - senator Raundz deyib.

91senatorun leyhinə, 7 senatorun isə əleyhinə səs verdiyi düzəliş xüsusi olaraq ABŞ-da Xarici İnvestisiyalar komitəsinə 320 akrdan və ya 5 milyon dollardan çox torpaq satınalmalarını nəzərdən keçirməyi tapşırır.

Düzəliş ABŞ prezidenti qarşısında bu ölkələrdən hər hansı birinə güzəşt verəcəyi təqdirdə Konqresə məlumatlandırmaq məcburiyyətini qoyur. Sənədin qüvvəyə minməsi üçün düzəliş Konqresin Nümayəndələr palatasında qəbul olunması və nəhayət prezident tərəfindən imzalanması zəruridir.
AzVision.az


Teqlər: ABŞ   İran  



Xəbər lenti