Bu avtomobillər üçün utilizasiya haqqı alınacaq

   Bu avtomobillər üçün utilizasiya haqqı alınacaq
  27 İyul 2023    Oxunub:1176
Gömrük ərazisinə gətirilən və istehsal-buraxılış vaxtından 4 (dörd) il keçən minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) gömrük rəsmiləşdirilməsi zamanı “Tullantılar haqqında” qanuna uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə utilizasiya haqqı alınacaq.
Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Gömrük Məcəlləsinə dəyişiklikdə əksini tapıb. Bu Qanun 2024-cü il fevralın 1-dən qüvvəyə minir.

AzVision.az


Teqlər:



Xəbər lenti