Vilayət Eyvazov qəbul keçirəcək

   Vilayət Eyvazov qəbul keçirəcək
  27 İyul 2023    Oxunub:1084
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov avqustun 10-da Qusar Rayon Polis Şöbəsinin inzibati binasında Qusar, Quba, Xaçmaz, Şabran və Siyəzən rayonlarının sakinlərinin qəbulunu keçirəcək.
AzVision.az xəbər verir ki, qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 09.08.2023-cü il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.

AzVision.az


Teqlər:



Xəbər lenti