Nazir müavini: "Beynəlxalq ictimaiyyət yanlış terminologiyadan çəkinməlidir"

      Nazir müavini:    "Beynəlxalq ictimaiyyət yanlış terminologiyadan çəkinməlidir"
  27 İyul 2023    Oxunub:1471
"Beynəlxalq ictimaiyyət Ermənistan tərəfinin manipulyasiyalarına aldanıb bəyanatlar verməzdən öncə, sözügedən bəyanatların nəyə xidmət edəcəyinin düşünülməli, habelə suverenlik və ərazi bütövlüyümüzə zidd addımlardan, o cümlədən yanlış terminologiyadan çəkinməlidir".
AzVision.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyində nazir müavini Araz Əzimov tərəfindən ölkəmizdə akkreditə olunmuş diplomatik korpus üçün brifinqi zamanı deyib.

Nazir müavini sülh danışıqlarının təşkilində dəstək göstərən ölkələrə təşəkkür ifadə edib, habelə beynəlxalq ictimaiyyət tərəfindən Ermənistana konstruktiv dialoqa sadiqlik göstərilməsinin izah olunmasının əhəmiyyətini qeyd edib.

AzVision.az


Teqlər:



Xəbər lenti