Baş prokuror Qubada vətəndaşları qəbul edəcək

Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
  28 İyul 2023    Oxunub:1163
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev cari il avqustun 4-də, saat 10:00-da Quba rayon prokurorluğunun inzibati binasında Quba, Qusar və Xaçmaz rayon sakinlərinin qəbulunu keçirəcək.
Baş Prokurorluqdan AzVision.az -a verilən məlumata görə, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Quba rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instagram, facebook, twitter) vasitəsilə də qəbula yazıla bilərlər.

AzVision.az


Teqlər:



Xəbər lenti