Şeyx qan verib

   Şeyx qan verib
  28 İyul 2023    Oxunub:1039
Aşura günü münasibətilə "Təzə Pir" məscidində könüllü qanvermə aksiyası davam edir.
Aksiyaya Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri və digər vətəndaşlar qoşulublar. Aksiyaya qatılan insanlardan ilk növbədə hansısa xəstəliklərinin olub-olmadığı soruşulur, daha sonra hemoqlabinin səviyyəsi ölçülür və qan götürülür.

Toplanan qanlar əvvəlcə Mərkəzi Qan Bankına aparılacaq və orada infeksiyalara görə yoxlanılacaq. Daha sonra komponentlərə ayrılacaq və ehtiyacı olan insanlar üçün istifadə olunacaq.

Ümumilikdə, qanvermə aksiyaları 8 məscid və ziyarətgahda, habelə 8 səhiyyə müəssisəsində keçirilir.

AzVision.az


Teqlər:



Xəbər lenti