Ya "Yerablur", ya da Qobustan həbsxanası - Elməddin Behbudun yazısı
İndi Azərbaycan 30 illik işğala, onlarla kütləvi qətliama baxmayaraq ermənilərə qisas hissi ilə yanaşmır və içərisində yüzlərlə cinayətkarın olmasına baxmayaraq, separatçıların girovluğunda olan insanlara hər cür humanitar yardım göstərməyə, onların ehtiyaclarını qarşılamağa hazır olduğunu bildirir. Hətta Ermənistanın qanunsuz olaraq separatçıları bəsləməsinə də bu mərhələdə göz yumaraq rəsmi İrəvanın göndərdiyi humanitar yüklərə Ağdam-Xankəndi yolunun açıq olduğunu elan edib. Ermənilər isə kənar təsirlərlə bundan imtina edirlər. Əgər məqsəd Qarabağdakı erməni əhaliyə humanitar yardım etməkdirsə, maşrutun nə fərqi var?!
30 illik işğal dövründə bir azərbaycanlının pozulmuş hüquqlarına görə Ermənistan sərhədinə getməyən, hələ də öz doğma yurduna ayaq basa bilməyən qərbi azərbaycanlılara görə Ermənistana qarşı bircə hədələyici tvit paylaşmayan Avropa İttifaqına üzv dövlətlərin Ermənistandakı səfirlikləri indi nədənsə "humanitar yardım" şousunda xüsusi canfəşanlıqla iştirak edirlər. Özü də avropalı diplomatların can-başla müşahidə etdiyi TIR-ların aid olduğu “Spayka” şirkəti 44 günlük müharibə zamanı Gürcüstan üzərindən Ermənistana hərbi yük daşıyıb.
Təbii ki, bu məsələdə ermənilərin və onların avropalı quyruqbulayanlarının məqsədləri Laçın SBM-də təxribat törətmək, Azərbaycanın beynəlxalq imicini korlamaq və manipulyasiya ilə məşğul olmaqdır.
Xankəndidə toy keçirən, kafe və klublarda əylənən, süfrə arxasında müxtəlif pozalarda çəkdirdikləri cürbəcür fotoları sosial şəbəkələrdə paylaşan ermənilər əslində bununla humanitar problemlərinin olmadığını göstərirlər.
Deməli, Xankəndi və ətraf ərazilərdə hazırda bir problem var: Azərbaycanın azsaylı erməni vətəndaşlarını qanunsuz silahlı dəstələrinin, separatçıların girovluğundan azad olunması!
Əminəm ki, Azərbaycan dövlətinin siyasi iradəsi ərazimizdə qanunsuz fəaliyyətlərə legitimlik qazandırılması cəhdlərini qətiyyətlə və sonadək rədd edəcək və qısa müddət sonra Xankəndidəki hərbi xuntanı ya "Yerablur”a, ya da Qobustan həbsxanasına göndərəcək.
Elməddin Behbud
Teqlər: Qarabağ







Vaxtında, Aydın, Lazımlı!


