Ceyhun Bayramov Kolumbiya səfirini qəbul edib
Görüş zamanı tərəflər ikitərəfli əlaqələrin əhəmiyyəti, siyasi məsləhətləşmələr mexanizminin tətbiq edilməsi, qarşılıqlı səfərlərin faydası və Parlamentlərarası əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd edərək, təhsil və turizm sahələrində əməkdaşlığın daha da gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar.
Görüşdə nazir Ceyhun Bayramov qarşı tərəfə Ermənistanın Azərbaycan ərazilərini 30 ilə yaxın işğal altında saxlaması, bu torpaqlardakı qanunsuz fəaliyyəti, etnik təmizləmə siyasəti, post-münaqişə dövründə Azərbaycanın sülh səyləri haqqında ətraflı məlumat verib. Hal-hazırda, bölgədə sülh səylərinə baxmayaraq, Ermənistanın təxribatlarının prosesə maneçilik törətdiyi bildirilib.
Görüşdə tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


