"Yüksək rütbəli 3 nəfər hərbi qulluqçunun vəzifədən azad edilməsi məlumatı əsassızdır"

   "Yüksək rütbəli 3 nəfər hərbi qulluqçunun vəzifədən azad edilməsi məlumatı əsassızdır"
  28 İyul 2023    Oxunub:1406
Müdafiə Nazirliyi bəzi media subyektlərində yayılan məlumatlara aydınlıq gətirib.
Nazirlikdən AzVision.az -a bildirilib ki, bəzi media subyektləri tərəfindən guya yüksək rütbəli 3 nəfər hərbi qulluqçunun vəzifədən azad edilməsi barədə əsassız məlumatlar paylaşılır.

"Bildiririk ki, ictimailəşdirilməsi məqsədəuyğun hesab edilən məlumatlar Müdafiə Nazirliyi tərəfindən mütəmadi olaraq çatdırılır.

Media subyektlərinə və sosial şəbəkə istifadəçilərinə heç bir real əsası olmayan, rəsmi təsdiqini tapmayan məlumatları paylaşmamağı tövsiyə edirik", - Nazirlkdən deyiblər.

AzVision.az


Teqlər:



Xəbər lenti