Azercell-in dəstəyi ilə müsabiqədə iştirak edənlər mükafatlandırıldı
Belə ki, MeckHack #9030 adı altında 22 gənc “FIRST Robotics Competition” (FRC) müsabiqəsi üçün hazırladığı robotu Nyu-Yorkda münsiflər heyətinə nümayiş etdirib. Elə ilk cəhddən finala yüksələn komandamız Hyuston şəhərində keçirilən çempionluq oyununda təqdim etdiyi sosial layihələrə görə vətənə xüsusi “Rookie Inspiration” mükafatı ilə dönüb.
Təntənəli tədbirdə iştirak edən gənc robototexniklər “Train Brain” mərkəzi və Azercell tərəfindən xüsusi sertifikatlarla təltif olunublar.
Lider mobil operatorun nümayəndələri gənc robototexnikləri beynəlxalq uğur münasibətilə təbrik edib, komandamıza informasiya texnologiyaları və robototexnika sahəsindəki təhsillərində yeni nailliyətlər arzulayıb.
Eyni zamanda, tədbirdə “Azercell” komandaya göstərdiyi etimad və gənclərimizin inkişafına daim dəstək olduğu üçün “Train Brain” mərkəzi tərəfindən mükafata layiq görülüb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


