Bu il 2500-dən çox şəxsə sosial xidmət göstərilib

Bu il 2500-dən çox şəxsə sosial xidmət göstərilib
  29 İyul 2023    Oxunub:1085
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin 13 sosial xidmət müəssisəsində bu ilin ilk 6 ayında həssas əhali qruplarından olan 2539 şəxsə sosial xidmət göstərilib.
Nazirlikdən AzVision.az -a verilən məlumata görə, bu dövrdə həmin şəxslərə Agentliyin müəssisələrində sosial-məişət, tibbi-sosial, sosial-psixoloji, sosial-pedaqoji və digər stasionar xidmətlər göstərilib.

Həmçinin hazırda Agentlik tərəfindən 3875 şəxsə evdə (səyyar) sosial-məişət xidməti göstərilir.

AzVision.az


Teqlər:



Xəbər lenti