Ayxan Hacızadə: “Laçındakı keçid məntəqəsinin legitimliyini heç kəs sorğulaya bilməz”
Həmçinin Ermənistan XİN-in Vaqif Xaçaturyanın saxlanmasına münasibətini dezinformasiyadan ibarət olduğuna diqqət çəkən A. Hacızadə onun beynəlxalq axtarışda olduğunu xatırladıb:
“Ermənistan XİN yenə dezinformasiya yayır. Adıçəkilən 68 yaşlı Vaqif Çerkezoviç Xaçaturyan Xocalıda Meşəli soyqırımı ilə əlaqədar beynəlxalq axtarışdadır”.
Eyni zamanda XİN sözçüsü Ermənistanın BQXK-nin fəaliyyətindən sui-istifadə etdiyini vurğulayıb:
“Təəssüf ki, Ermənistan rəsmiləri üzr istəmək və hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsinə kömək etmək əvəzinə, hələ də qanunsuz hərəkətlərə, o cümlədən məhkəmədən yayınmaq üçün BQXK-nin fəaliyyətindən sui-istifadəyə haqq qazandırmağa çalışırlar”.
AzVision.az
Teqlər: Hacızadə Laçın-Dəhlizi







Vaxtında, Aydın, Lazımlı!


