“Ermənistan Azərbaycana qarşı nifrət siyasətini davam etdirir"
“Əvvəlki bəyanatlarımızda bildirdiyimiz kimi, Qarabağda yaşayan erməniəsilli Azərbaycan vətəndaşlarının hüquqlarının təmin edilməsi məsələsi Azərbaycan dövlətinin yurisdiksiyasındadır. Ermənistan Ombudsmanının vətəndaşlarımızın hüquqlarının müdafiə edilməsi ilə bağlı əsassız iddiaları tamamilə yersizdir və başqa ölkənin suverenliyinə müdaxilədir”, - o bildirib.
Qeyd olunub ki, bütün bunlara baxmayaraq, Ermənistan siyasi rəhbərliyinin dəstəyi ilə mediada hadisələri qərəzli şəkildə şişirtmək, insanlarda narazılıq yaratmaq bölgədə davamlı sülh prosesinə mane olur, eyni zamanda, mövcud vəziyyətin daha da gərginləşməsinə xidmət edir.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


