Surət Hüseynov İstanbulda özəl xəstəxanaya köçürülüb - FOTO

 Surət Hüseynov İstanbulda özəl xəstəxanaya köçürülüb -  FOTO
  31 İyul 2023    Oxunub:2406
Səhhəti qəfil pisləşən sabiq Baş nazir Surət Hüseynov yerləşdirildiyi İstanbul Arnavutköy Dövlət Xəstəxanasından özəl tibb müəssisəsinə köçürülüb.
APA xəbər verir ki, Surət Hüseynov indilərdə özəl xəstəxanaya aparılıb. Xəstəxanada olan yaxınlarının verdiyi xəbərə görə, Surət Hüseynov səhhətindəki problemlərlə əlaqədar olaraq Moskvadan Moldovaya getmək üçün İstanbuldakı yeni hava limanına gəlib.

O, elə aeroportda infarkt keçirib, ürəyi dayanıb. İlk olaraq onun həyatını itirdiyi güman edilib. Xəstəxanaya aparılan zamanı ürəyi fəaliyyətini bərpa edib.

Surət Huseynovun səhhəti stabildir, anju olunacağı bildirilir, eyni zamanda, böyrəklərində və mədəsində də problemlərin olduğu deyilir.

Qeyd edək ki, bu gün Surət Hüseynovun vəfat etməsi barədə məlumatlar yayılıb.



***
Azərbaycanın keçmiş baş naziri Surət Hüseynov vəfat edib.

AzVision.az xəbər verir ki, bu barədə Gununsesi.info-ya onun yaxınları bildirib.

Məlumata görə, Moskvadan İstanbula gələn Surət Hüseynov təyyarə eniş edən zaman ürəktutmadan vəfat edib.

Qeyd edək ki, Surət Davud oğlu Hüseynov 1959-cu ildə fevralın 12-də Gəncə şəhərində anadan olub. Azərbaycan Texnologiya İnstitutunu bitirib. O, Azərbaycan Respublikasının baş naziri (1993-1994), Azərbaycan SSR Ali Sovetinin XII çağırış deputatı (1989-1991), baş nazirin müavini (1993), Azərbaycan Prezidentinin Qarabağ üzrə fövqəladə səlahiyyətli nümayəndəsi, Azərbaycan ordusunun korpus komandiri, polkovnik, Azərbaycanın Milli Qəhrəmanı (1992–1994) olub.

Sürət Hüseynov 1994-cü il oktyabrın 6-da Milli Məclis üzvlüyündən, oktyabrın 7-də isə baş nazir vəzifəsindən uzaqlaşdırılıb. 1994-cü il oktyabrın 14-də Milli Məclis onun cinayət məsuliyyətinə cəlb olunmasına, barəsində həbs qətimkan tədbiri seçilməsinə razılıq verilməsi və Azərbaycanın Milli Qəhrəmanı adından məhrum edilməsi barədə qərar qəbul edib.

Azərbaycanı tərk edən Surət Hüseynov 1997-ci ildə Rusiyada saxlanılaraq Azərbaycana gətirilib və 1999-cu ilin fevral ayında məhkəmənin qərarı ilə ömürlük həbs cəzasına məhkum edilib. 2004-cü il martın 17-də prezident İlham Əliyevin əfv fərmanı ilə həbsdən azad olunub.

***
Sabiq baş nazirin yaxınları Qaynarinfo-ya bildirib ki, Sürət Hüseynov komaya düşüb: “Həkimlər əvvəlcə onun öldüyünü zənn ediblər. Lakin sonradan məlum olub ki, o komadadır”.

Yaxınları Sürət Hüseynovun hazırda reanimasiyada olduğunu bildirirlər.

AzVision.az


Teqlər: SürətHüseynov  



Xəbər lenti