CityNet 1+1 kampaniyasına start verdi
CityNet-dən 1+1 kampaniyası məhdud müddətdə qüvvədə olmaqla yeni qoşulan abunəçilərə şamil olunacaqdır. Bu səbəbdən internet provayder müştərilərini bu əlverişli kampaniyadan yararlanmağa çağırır.
Kampaniya CityNet xidmətlərinin aktiv olduğu bütün ərazilərə və həm FTTB, həm də GPON texnologiyası ilə xidmətlərə qoşulan abunəçilərə şamil edilir.
CityNet yüksək sürətli sabit internet, ev telefonu xətti və rəqəmsal TV (40 HD kanal olmaqla, 240-dan çox TV kanal) xidmətləri təqdim edən və daim inkişaf edən internet provayderidir. Quraşdırılma xidməti abunəçilərə 24 saat ərzində təqdim edilir.
CityNet-ə yeni qoşulan abunəçilərə istifadə müddətində yeni nəsil TV Box və WiFi ruter cihazı da pulsuz verilir. Qoşulma şərtləri, yeni və mövcud tariflər, kampaniyalar, texniki dəstək, xidmətin hər hansı ünvanda mövcudluğu ilə bağlı şirkətin www.citynet.az veb saytında ətraflı məlumat əldə etmək mümkündür.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


