Ərdoğan Ceyhun Bayramovu qəbul edib - YENİLƏNİB

   Ərdoğan Ceyhun Bayramovu qəbul edib -  YENİLƏNİB
  31 İyul 2023    Oxunub:1243
Xarici işlər naziri Ceyhun Bayramov Ankaraya səfəri çərçivəsində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilib.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Görüşdə ölkələr arasında ikitərəfli və çoxtərəfli münasibətlər, regionda və dünyada baş verən hadisələr ətrafında fikir mübadiləsi aparılıb.

***
Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.

AzVision.az xəbər verir ki, məlumatı Türkiyə Prezidentinin Administrasiyası yayıb.

Qeyd edək ki, C.Bayramov Türkiyədə rəsmi səfərdədir. O, iyulun 31-də Türkiyə Cümhuriyyətinin qurucusu, Qazi Mustafa Kamal Atatürkün Anıtqəbir məqbərəsini ziyarət edib.

Daha sonra C.Bayramov və H.Fidan arasında təkbətək və geniş tərkibdə görüş olub. Nazirlər danışıqlardan sonra birgə mətbuat konfransı keçiriblər.

AzVision.az


Teqlər:



Xəbər lenti