Bu avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilib

Bu avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilib
  31 İyul 2023    Oxunub:891
Bakıda 112, 136 və 146 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilib.
Bu barədə AzVision.az -a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.

Dəyişikliyə səbəb paytaxtın Şüvəlan qəsəbəsi, Almas İldırım küçəsində (Mir Mövsüm Ağa məscidi yaxınlığında) yolun hərəkət hissəsində təmir-tikinti işlərinin aparılacağı ilə əlaqədar avtomobillərin hərəkətinin tam məhdudlaşdırılmasıdır.

Məhdudiyyətlərə uyğun olaraq sözügedən marşrut xətləri üzrə hərəkət alternativ küçələrdən təşkil ediləcək.

Məhdudiyyət aradan qaldırıldıqdan sonra marşrutların əvvəlki sxem üzrə fəaliyyəti bərpa ediləcək.

AzVision.az


Teqlər:



Xəbər lenti