5 gün müddətində davam edən “Vəkil olmaq istəyirəm” adlı yay məktəbinin 30 iyul tarixində Şəki Olimpiya İdman Kompleksində baş tutan bağlanış mərasimində iştirak edən Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktor vəzifəsini müvəqqəti icra edən Qədir Xəlilov, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədr müavini Şahmar Məmmədov və Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin rəisi Ramiz Mahmudov çıxış edərək Ümummilli Liderin əsasını qoyduğu hüquqi islahatların müasir həyatımızda bəhrəsini görən və bu səbəbdən də hüquqşünaslığın sərbəst həmçinin də peşəkar forması olan vəkillik sənətini seçən gənclərə daim qanunun aliliyinə hörmət, ədalət mühakiməsinin maraqlarına xidmət etmələri və hüquqi yardımların keyfiyyətinin yaxşılaşdırılması baxımından şəxsi davranışlarının hər zaman nümunəvi olmalarına çağırış edərək gələcəyin vəkillərinə uğurlar arzu ediblər.
Gənclərin peşəkar hüquqşünas kimi ixtisaslaşmasına xidmət edən düşərgənin sonunda iştirakçılara sertifikatlar təqdim edilmişdir.
Qeyd edək ki, gənclərin xüsusi marağına səbəb olan və ikinci dəfə təşkil edilən “Vəkil olmaq istəyirəm” adlı yay məktəbinə ümumilikdə 20 yerli və xarici universitetdən 350 hüquqşünas tələbə müraciət etmiş, onlardan bilik və bacarığı, ictimai fəallığı ilə seçilən 55 gənc seçilərək düşərgədə iştirak haqqı qazanmışdır.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


