"Xocəsən" stansiyasında yüksək gərginlik itməsi qeydə alınıb

"Xocəsən" stansiyasında yüksək gərginlik itməsi qeydə alınıb
  01 Avqust 2023    Oxunub:1176
Bənövşəyi xəttin "Xocəsən" stansiyasından sınaq xarakterli ilk qatar yola salındıqdan sonra texniki səbəblərdən yüksək gərginlik itməsi qeydə alınıb.
Bu barədə AzVision.az -a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Nəticədə, qrafik üzrə növbəti qatarın stansiyadan yola salınmasında 20 dəqiqə yubanma qeydə alınıb.Lakin Bənövşəyi xəttin "Avtovağzal-8 Noyabr" sahəsində qatarların hərəkəti intervallara riayət olunmaqla qrafik üzrə təmin olunub.

Baş vermiş hadisə ilə bağlı hazırda texniki araşdırma aparılır.

AzVision.az


Teqlər:



Xəbər lenti