Naxçıvanın Baş nazirinə yeni müavin təyin edildi

  Naxçıvanın Baş nazirinə yeni müavin təyin edildi
  01 Avqust 2023    Oxunub:1357
Naxçıvan Ali Məclisi Bəxtiyar Məmmədovun muxtar respublikanın Baş nazirinin yeni müavini təyin olunmasını təsdiqləyib.
AzVision.az xəbər verir ki, bu barədə qərar muxtar respublikanın qanunverici orqanının avqustun 1-də keçirilən növbədənkənar sessiyasında qəbul olunub.

Toplantıda Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini təyin edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin fərmanı təsdiqlənib.

Qeyd edək ki, Bəxtiyar İbrahim oğlu Məmmədov iyunun 20-də Naxçıvan Muxtar Respublikası Baş nazirinə müavin təyin edilib.

AzVision.az


Teqlər: Naxçıvan  



Xəbər lenti